Iphone Apple id

Apple ID iPhone üçün unikal bir identifikatordur, hansına ki quraşdırılmış bütün tətbiqlərin və mövcud xidmətlərin bağlantısı qoşulur. Yeni bir iPhone alarkən, istifadəçi yeni bir hesab yaradır və ya mövcud birinin məlumatlarını daxil edir.

Onun köməyi ilə cihazlar bir-biri ilə sinxronizasiya olunur və Apple cihazlarının daxili ekosistemini yaradır ki, bu da onların işini çox rahat və komfortlu edir. Ancaq sistemin köhnə Apple ID məlumatlarını istəməsi halları var. Bunun nədən baş verdiyindən və belə bir vəziyyətdə nə ediləcəyindən, bu məqalədə nəzərdən keçirəcəyik.

İphone köhnə apple id-nı hansı hallarda soruşur

Bu gün istifadə olunan iPhone-ların satın-alması internetdə çox yayılıb. Gadget-lərin sahibləri yeni bir model əldə edirlər və aldığlarının pulunu çıxarmaq məqsədi ilə köhnəsini satır. Alıcı üçün bu çox istədiyi iPhone-u münasib qiymətə əldə etmək üçün əla bir fürsətdir. Ancaq istifadə edilmiş bir iPhone istifadə edərkən, funksionallığını məhdudlaşdıran müəyyən çətinliklər yarana bilər. Buna görə satın almadan əvvəl bu həqiqəti/faktı nəzərə almalısınız.

Hər şey sahibinin şəxsi məlumatlarını, sənədlərini və bütün tətbiqlərin məlumatlarını qoruyan etibarlı Apple təhlükəsizlik sistemi ilə əlaqəlidir. IPhone-u itirmə halında, istifadəçi cihazı uzaqdan/məsafədən bloka salmaq və ondan lazım olan hər bir məlumatları silmək qabiliyyətinə malikdir.

Şansınız gətirmiyibsə və siz bloklaşdırılmış bir iPhone almisizsa, funksiyasını bərpa etmək demək olar ki, mümkün deyil. Vəziyyətdən yeganə real çıxış yolu sahibini tapmaq və “Aktivasiya Kilidini” uzaqdan silmək istəməkdir. İnternet şəbəkəsində kənar mütəxəssislərin yeniden “proşivka etmək” və ya pullu köməyi ilə əlaqəli hər hansı bir metod və məsləhət kömək etməyəcəkdir.

Kilidli/bloklaşdırılmış bir iPhone-u sındırmaq demək olar ki, mümkün deyil. Tarixdə xüsusi/gizli xidmətlər tərəfindən “Aktivləşdirmə Kilidini” atlama halları məlumdur, lakin bunun üçün adi insanlar üçün əlçatmaz xüsusi bahalı avadanlıqlardan istifadə etdilər.

Bu səbəbdən, istifadə edilmiş bir iPhone-u əldən və ya online (əvvəlcədən ödənişlə poçtla) almaq çox risklidir. Cihazın işini satıcı ilə yoxlasanız və hesabınıza daxil olsanız da, istismar zamanı sistem əvvəlki sahibinin Apple ID-sini istəyə bilər. Niyə bu baş verir? Bunun səbəbi, iPhone-un yeni sahibi istifadə olunmuş gadget-i öz istifadəsi üçün “hazırlamayıb”.

Öz məlumatlarınızı daxil etmək kifayət deyil. IPhone-u zavod parametrlərinə qaytarmalı, əvvəlki sahibi tərəfindən quraşdırılmış tətbiqləri və məlumatlarını silməlisiniz. Əks təqdirdə, hər bir proqram yeniləməsi ilə sistem, Apple ID-ni daxil etməyinizi istəyəcək.

Bu sizin üçün qanqaraldan ola bilər, çünki bir çox tətbiqlər ödənişlidir və ləğv etdikdən sonra onları yenidən qurmaq üçün App Store-da almanız lazımdır. Bu işlənmiş bir iPhone-un komfortlu istifadəsinin qiymətidir.

İPhone-u köhnə apple id-dən necə ayırmaq olar

İsitfadə olunmuş iPhone-da quraşdırılmış tətbiqləri yeniləyərkən sistem köhnə hesabın məlumatlarını daxil etməyinizi tələb edərsə, əvvəlki sahibin Apple ID-dən ayırmaq məcburiyyətində qalacaqsınız. Bunu etmək çətin deyil, əsas cihazın bloklanmamasıdır. Köhnə ID-dan qurtulmanın ən asan yollarından biri iCloud xidmətindən istifadə etməkdir.

Bunu etmək üçün sadə təlimatlara əməl etməlisiniz:

  1. Cihaz parametrlərinə keçin və iCloud seçin.
  2. Açılan menyu aşağıya fırladın və “Çıxış”-ı seçin.
  3. Sistemin təkrarlanan tələbini təsdiqləyin.
  4. Sistem məlumatlarla nə edəcəyinizi soruşduqda, “iPhone-dan Sil” seçimini etməlisiniz.
  5. Öz hesabınızın parolunu daxil edin 
  6. Bundan sonra yenidən parametrlərə keçin, “Əsas” – “Sıfırla” – “Məzmunu və parametrləri sil” seçin.
  7. Parol təsdiqlənməsi tələb olunursa, onu daxil etməlisiniz və sonra – “Sil iPhone” u seçin.

Proseduru tamamladıqdan sonra əvvəlki hesabdakı bütün məlumatlar silinəcək və rahatlıqla bir sıra funksiya və imkanlara sahib iPhone-u istifadə edəcəksiniz.

ICloud istifadə edərək köhnə Apple ID-ni başqa bir üsul ilə silə bilərsiniz. IPhone-un keçmiş sahibi ilə əlaqə saxlayırsınızsa və ya özünüz istifadə edilmiş bir cihazın satıcısısınızsa, hesabınızdan aşağıdakı üsul ilə çıxara bilərsiniz:

  1. iCloud saytına “istənməyən” hesabı altında daxil olun (və ya keçmiş sahibindən bunu etməsini istəyin).
  2. “iPhone tap” bölməsinə keçin
  3. Təqdim olunan siyahıda, bu Apple ID ilə əlaqəli uyğun cihazı seçin.
  4. Açılan pəncərədə “Sil” bəndini seçin.
  5. Sistem tələbini təsdiq edin

Görülən tədbirlərdən sonra iPhone köhnə hesabdan ayrılacaq və yeni “qutudan” kimi alınmış görünəcək. Sonra yeni sahibi cihazı fərdiləşdirə və özü üçün tam uyğunlaşdıra bilər. Özünüzü bu cür çətinliklərdən qorumaq üçün rəsmi mənbədən yeni bir orijinal iPhone almaq daha yaxşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter Captcha Here : *

Reload Image